"Ölkə.Az" xəbər agentliyi 15.07.2014-cü ildən fəaliyyətə başlayıb..
Ölkəmizdə qısa müddət ərzində müstəqil informasiya siyasəti həyata keçirən media qurumu kimi tanınan "Ölkə.Az" saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Saytımızın işinin qurulmasında və aparılmasında redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyamızın əlaqə vasitələri ilə oxucular qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var.
"Ölkə.Az" xəbər agentliyinin yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.
"Ölkə.Az" Xəbərlər və İnformasiya nominasiyası üzrə 2015-ci ildə həm "Netty", həm də "MilliNet" mükafatlarının qalibi olmuşdur. Həmçinin 2015-ci ilin sentyabr ayından "Azərbaycan Mətbuat Şurası"nın üzvüdür.
"Ölkə.Az" xəbər agentliyinin baş redaktoru Məmməd Gülməmmədovdur